Google Pixel 8 Pro-nun keyfiyyətli render fotoları təqdim edilib

Google Pixel 8 Pro-nun keyfiyyətli render fotoları təqdim edilib

Mobil Cihazlar
14.03.2023 PAYLAŞIM

    OneLeaks ləqəbli məşhur insayder Smartprix adlı sayt ilə birlikdə Google Pixel 8 Pro smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Pixel 8 Pro modeli xarici görünüşcə hal hazırda aktual olan Pixel 7 Pro modelinə bənzəyəcək. Lakin bununla belə yeni smartfonun gövdəsi bir qədər kiçildilmiş olacaq. Məlumatda qeyd edilib ki, Pixel 8 Pro smartfonu 6.52 düym ekran ilə təchiz olunacaq.


    Müqayisə üçün qeyd etmək lazımdır ki, Pixel 7 Pro modeli 6.7 düym ekrana sahibdir. Yeni smartfon Google şirkətinin Tensor G3 adlı fərdi prosessoru vasitəsilə çalışmalıdır. Gözləntilərə əsasən bu prosessor Samsung şirkətinin Exynos 2300 adlı flaqman prosessoru əsasında hazırlanacaq. Bundan əlavə olaraq Pixel 8 Pro üçlü arxa kamera ilə təchiz olunacaq. Pixel 8 ilə Pixel 8 Pro-nun anonsu may ayında baş tutacaq Google I/O 2023 tədbiri çərçivəsində edilə bilər. Lakin smartfonların təqdimatlarını payız fəsli üçün gözləmək lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P60, P60 Pro və P60 Art təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti qatlana bilən Mate X3 smartfonu ilə yanaşı həmçinin çoxdan gözlənilən P60 flaqman sma..


Qatlana bilən Huawei Mate X3 təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti yeni qatlana bilən smartfonu Mate X3-ü təqdim edib. Şirkətin Mate X2 modeli ilə müqay..


Lenovo şirkəti gaming smartfonlar biznesindən çıxmaq qərarına gəlib

Lenovo şirkətinin əməkdaşlarından birinin verdiyi məlumata əsasən şirkət özünün Legion brendi altınd..


iPhone 15 smartfonlarında USB Type-C üzərindən sürətli şarj yalnız orijinal naqi..

Apple şirkətinin iPhone 15 smartfon seriyasında Lightning-dən imtina və onu USB Type-C ilə əvəz edəc..


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..

×