
Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb
Mobil Cihazlar
27.09.2023
Emil Noisy
Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi isə Google Pixel 8 Pro-nun real fotoları ortaya çıxıb. Bununla yanaşı Google Pixel 8 smartfonlarının nə zaman satışa çıxacaqları məlum olub. Ortaya çıxmış real fotolarda Google Pixel 8 Pro həm arxa həm də ön paneldən əks olunub. İrlandiyanın Three adlı mobil şəbəkə operatorunun öz saytında Google Pixel 8 smartfon seriyası ilə bağlı yerləşdirmiş olduğu səhifədəki məlumata əsasən smartfonların ön sifarişlərinə 4 oktyabr tarixində start veriləcək. Satışlar isə 12 oktyabr tarixində başlayacaq. Qeyd etmək lazımdır ki, Pixel 8 smartfon seriyasının təqdimatı 4 oktyabr tarixində baş tutacaq.


Linki kopyala
Həftənin xəbərləri

