Logo
    main-post-cover

    Google Pixel 8 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    31.08.2023
    Emil
        Dünən Apple şirkəti iPhone 15-in təqdimat tarixini elan etdi. İndi isə onun ardınca Google şirkəti də növbəti təqdimat tədbirinin tarixini elan edib. Şirkətin rəsmi məlumatına əsasən təqdimat tədbiri 4 okyabr tarixində ABŞ-da baş tutacaq. 4 oktyabr tarixində baş tutacaq tədbirdə şirkət Google Pixel 8 Pixel 8 Pro smartfonlarını təqdim edəcək. Bununla yanaşı Google Pixel Watch 2 smart saatının təqdimatı da gözlənilir. Google Pixel 8 smartfonlarının yeni Tensor G3 prosessoruna və təkmilləşdirilmiş kameralara sahib olacaqları güman edilir. Pixel Watch 2-yə gəldikdə isə onun Snapdragon W5 Gen 1 prosessorunu əldə edəcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər