Logo
    main-post-cover

    Google Pixel 8 smartfonları 7 il ərzində software ilə yanaşı hardware dəstəyi ilə də təmin olunacaqlar

    Cihazlar+
    06.10.2023
    Emil
        Google şirkətinin yeni Pixel 8 smartfonlarının əsas fərqləndirici özəlliklərindən biri də odur ki, onlar 7 il ərzində software dəstəyinə sahib olacaqlar. Lakin bəziləri bu fakta skeptik yanaşdılar. Belə ki, bəzilərinin fikirlərinə əsasən smartfonlar bu müddət ərzində artıq köhnə olacaqlar. Üstəlik bu cür müddət üçün batareya resursunun bitməsini və smartfonların təmir problemini də qeyd etmək lazımdır. Bütün bunları nəzərə alaraq ortaya məntiqli bir sual ortaya çıxır.
        Google Pixel 8 smartfonlarının istifadəçiləri bir neçə ildən sonra öz cihazlarında ekranı və ya digər bir komponenti dəyişmək istədikləri halda bu necə reallaşdırılacaq? Məlum olub ki, Google bütün bunları nəzərə alıb. Şirkət rəsmiləri bildiriblər ki, bu məsələdə heç bir problem olmayacaq. Belə ki, şirkət Google Pixel 8 smartfonlarının software dəstəyi müddəti ərzində həmçinin lazımi hardware dəstəyini də təmin edəcək. Beləliklə Google Pixel 8 smartfonları üçün lazımi detallar 7 il ərzində təmin olunacaq.
    Paylaş
    Bənzər xəbərlər