Google Pixel 8 smartfonları bazarda rekord müddət ərzində dəstəyə sahib smartfonlar oldular
Dünən Google şirkəti Google Pixel 8 smartfon seriyasını təqdim etdi. Bu seriyaya adi Pixel 8 ilə yanaşı Pixel 8 Pro modeli də daxil oldu. Təqdimat çərçivəsində şirkət öz cihazlarının yeni dəstəklənmə proqramını anons etdi. Beləliklə Pixel 8 və Pixel 8 Pro smartfonlarından başlayaraq Google öz cihazlarının dəstək müddətlərini uzadır. Söhbət, 7 il ərzində Android və təhlükəsizlik yenilənmələrindən gedir.
Bu isə o deməkdir ki, şirkətin yeni smartfonları dəqiq şəkildə 2030-cu ilə kimi əməliyyat sistemi və təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. Bu hal hazırda bazarda olan rekord dəstək müddətidir. Məsələn Samsung və OPPO şirkətləri öz cihazlarını 5 illik dəstək ilə təmin edirlər. Bu şirkətlərin cihazları 4 il ərzində Android yenilənmələrini, 5 il ərzində isə təhlükəsizlik yenilənmələrini əldə edirlər.
Paylaş
Bənzər xəbərlər