Logo
    main-post-cover

    Google Pixel 8 smartfonları xarici monitor dəstəyini əldə edə bilərlər

    Cihazlar+
    24.06.2023
        Google şirkəti bu ilin payız fəslində Pixel 8 smartfon seriyasını təqdim edəcək. İndi isə insayderlər sözügedən smartfon seriyası barəsində yeni məlumat veriblər. Onların sözlərinə əsasən Google Pixel 8 smartfonları USB DisplayPort Alt Mode dəstəyini əldə edə bilərlər. Bunun olacağı halda Pixel 8 smartfonlarına xarici monitorları qoşmaq mümkün olacaq. Bu üsul vasitəsilə həmçinin xarici monitorun qoşulu olduğu halda alternativ iş masasını reallaşdırmaq mümkündür. Başqa sözlə desək, istifadəçi smartfonu kompüterin əvəzləyicisi kimi istifadə edə bilər. Bu cür imkan Samsung, Huawei Motorola-nın bəzi smartfonlarında artıq mövcuddur.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...