Logo
    main-post-cover

    Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb

    Cihazlar+
    26.09.2023
        Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetdə ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Google Pixel 8 smartfon seriyası 4 oktyabr tarixində təqdim ediləcək və bu seriyaya Pixel 8 və Pixel 8 Pro modelləri daxil olacaqlar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən adi Pixel 8 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.2 düym OLED ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edəcək və Gorilla Glass Victus qoruyucu şüşəsi əhatə olunacaq. Smartfon Tensor G3 prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcminə sahib olacaq.
        Smartfon özündə 50 MP + 12 MP ikili arxa kameranı, 10.5 MP-lik ön kameranı və 27 vatt gücündə sürətli şarj texnologiyalı 4575 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Pixel 8 həmçinin 18 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək. Google Pixel 8 Pro-ya gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi 2400 nit təşkil edəcək və Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq.
        Adi Pixel 8 kimi Pixel 8 Pro da Tensor G3 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq Pixel 8 Pro modeli özündə Titan M2 adlı təhlükəsizlik çipini də birləşdirəcək. Smartfon 12 GB RAM-a, 512 GB daxili yaddaş həcminə, 50 MP + 48 MP + 48 MP üçlü arxa kameraya, 10.5 MP-lik ön kameraya və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5050 mAh enerji tutumlu batareyaya sahib olacaq. Üstəlik Pixel 8 Pro 23 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək. Hər iki smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunmalıdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb | Technote