Logo
    main-post-cover

    Google Pixel 8 smartfonlarının ekranları barəsində məlumat verilib

    Cihazlar+
    13.04.2023
    Emil
        Google şirkətinin bu il təqdim edəcəyi Pixel 8Pixel 8 Pro smartfonları barəsində məlumatlar ortaya çıxmağa davam edir. Ross Young adlı məşhur insayder sözügedən smartfonların ekranları barəsində məlumat verib. Beləliklə insayder bildirib ki, bu iki smartfon Samsung istehsalı olan AMOLED ekranlar ilə təchiz olunacaq. Bununla belə Pixel 8 seriyasının smartfonları 120 Hz-lik təsvir yenilənməsi dəstəyini əldə edəcəklər. Ross Young-ın sözlərinə əsasən adi Pixel 8 modeli 6.16 düym, Pixel 8 Pro modeli isə 6.7 düym ekranla təchiz olunacaq. Məlumatda qeyd edilib ki, Pixel 8 smartfonlarının istehsalına gələn ay start veriləcək. Böyük ehtimal ilə şirkət Pixel 8 smartfonlarını gələn ay keçiriləcək Google I/O 2023 konfransı çərçivəsində anons edəcək. Smartfonların təqdimatlarının isə payız fəslində baş tutacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər