Logo
    main-post-cover

    Google Pixel 8 smartfonlarının satış qiymətləri barəsində məlumat verilib

    Cihazlar+
    01.09.2023
    Emil
        Google şirkəti 4 oktyabr tarixində Google Pixel 8 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 8Pixel 8 Pro modelləri daxil olacaqlar. Son illərdə Google alıcıları öz smartfonlarının satış qiymətləri mövzusunda sevindirib. Belə ki, digər alternativlər ilə müqayisədə Pixel smartfonları nisbətən aşağı qiymətə satılırdılar. Lakin bu il vəziyyət tamamilə fərqli ola bilər. İnsayderlər Google Pixel 8 smartfonlarının Avropa bazarındakı satış qiymətləri barəsində məlumatları təqdim ediblər. Təqdim edilmiş məlumata əsasən adi Pixel 8 modelinin 128 GB yaddaşa sahib versiyası 874 avroya, 256 GB yaddaşa sahib versiyası isə 949 avroya satılacaq. Pixel 8 Pro-ya gəldikdə isə onun 128 GB yaddaşa sahib versiyası 1235 avroya, 256 GB yaddaşa sahib versiyası 1310 avroya, 512 GB yaddaşa sahib versiyası isə 1461 avroya satılacaq.
    Paylaş
    Bənzər xəbərlər