Google Pixel 8 smartfonlarının yeni gövdə rənglərində fotoları ortaya çıxıb
Google Pixel 8 smartfon seriyasının təqdimatı 4 oktyabr tarixinə təyin edilib. Lakin çoxlu sayda olmuş məlumat sızıntısı sayəsində biz bu smartfon seriyası barəsində demək olar artıq hər şeyi bilirik. İndi isə Google Pixel 8 smartfonlarının yeni rəsmi render fotoları sızdırılıb. Sızdırılmış fotolar Pixel 8 ilə Pixel 8 Pro-nun gövdə rənglərini sərgiləyirlər. Beləliklə ortaya çıxmış fotolara əsasən adi Pixel 8 modeli Peony Rose, Grey və Obsidian adlı gövdə rənglərində satışa çıxacaq. Pixel 8 Pro modelinə gəldikdə isə o, Porcelain, Sky Blue və Obsidian adlı gövdə rənglərində satışa çıxacaq. Qeyd etmək lazımdır ki, Google şirkəti 4 oktyabr tarixində Pixel 8 smartfonları ilə yanaşı həmçinin Pixel Watch 2 smart saatını da təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər