Logo
    main-post-cover

    Google Pixel 8 və Pixel 8 Pro barəsində yeni məlumatlar ortaya çıxıb

    Cihazlar+
    14.08.2023
    Emil
        Oktyabr ayında Google şirkəti ənənəvi təqdimat tədbirini keçirməlidir. Baş tutacağı gözlənilən təqdimat tədbirində şirkət Google Pixel 8Pixel 8 Pro smartfonlarını təqdim edəcək. Lakin şirkət üstəlik Pixel Watch 2 smart saatını da təqdim etməlidir. Məlum olub ki, sözügedən smart saat ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikatlaşdırmadan keçib. Bunun sayəsində Pixel Watch 2 barəsində yeni məlumatlar ortaya çıxıb. Beləliklə FCC-nin məlumatlar bazasına əsasən smart saatın 3 müxtəlif versiyası mövcuddur.
        Onlar G4TSL, GC3G8 GD2WG model nömrələrinə sahibdirlər. Məlumata əsasən birinci model nömrəsi Bluetooth/Wi-Fi əsaslı smart saata, son iki model nömrəsi isə LTE əsaslı smart saata işarə edir. Üstəlik məlumatda qeyd edilib ki, Pixel Watch 2 4 müxtəlif kəmərə sahib olacaq. Son məlumat sızıntılarına əsasən Google şirkətinin yeni smart saatı 384x384 piksel keyfiyyətli 1.2 düym dairəvi OLED ekran, Snapdragon W5 Gen 1 prosessoru və 306 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər