Logo
    main-post-cover

    Google Pixel 8 və Pixel 8 Pro-nun kameraları barəsində məlumat verilib

    Cihazlar+
    12.06.2023
    Emil
        Google şirkəti bu il Pixel 8 smartfon seriyasını təqdim edəcək. Gözləntilərə əsasən sözügedən seriyaya adi Pixel 8 ilə yanaşı Pixel 8 Pro da daxil olacaq. İndi isə insayderlər bu smartfonların kameraları barəsində məlumatlar təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən kamera mövzusunda olacaq dəyişikliklər həm adi Pixel 8-i həm də Pixel 8 Pro-nu əhatə edəcəklər. Sözügedən smartfonlarda olacaq əsas arxa kamera sensoru qismində Samsung ISOCELL GN1 əvəzinə ISOCELL GN2 çıxış edəcək. ISOCELL GN1-dən fərqli olaraq ISCOELL GN2 öz böyük ölçülü matrisası sayəsində 35% daha çox işıq uda biləcək.
        Bu isə öz növbəsində yaxşı işıqlandırılmamış mühitdə keyfiyyətli fotoların çəkilməsinə şərait yaradacaq. Bundan əlavə olaraq insayderlər bildirblər ki, bu kamera sensoru sayəsində Pixel 8 smartfonları saniyədə 30 kadr sürətlə 8K keyfiyyətində videolar çəkə biləcəklər. Pixel 8 Pro-da Sony IMX386 adlı 12 MP-lik ultragenişbucaqlı obyektiv Sony IMX787 adlı 64 MP-lik ultragenişbucaqlı obyektiv ilə əvəz ediləcək. Teleobyektiv ilə ön kamera isə Pixel 7 Pro-da olduğu kimi qalacaq.
        Bununla yanaşı Pixel 8 Pro makro çəkiliş imkanını əldə etməyəcək. Pixel 8 modelində şirkət Pixel 7-dəki Sony IMX386 adlı ultragenişbucaqlı obyektivdən istifadə edəcək. Sadəcə olaraq Pixel 8-də bu obyektiv bir qədər yaxşılaşdırılmış bucaq əhatəsinə sahib olacaq. Pixel 8 Pro modelində reallaşdırılacaq daha bir yenilik VL53L8 adlı yeni ToF sensor olacaq. Sözügedən yeni ToF sensor Pixel 8 Pro-da avtomatik fokuslanma funksiyasını yaxşılaşdırmalıdır. Qeyd etmək lazımdır ki, Pixel 8 smartfon seriyasının bu ilin payız fəslində təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər