Google Pixel 8 və Pixel 8 Pro smartfonları ABŞ bazarında yalnız eSIM dəstəyini əldə edə bilərlər
Bu ilin mart ayında Google Pixel 8 və Pixel 8 Pro smartfonlarının render fotoları ortaya çıxmışdılar. Daha sonra həmin render fotolar müxtəlif məlumat sızıntıları vasitəsilə təsdiqlənmişdi. Lakin həmin vaxtda heç kim render fotolarda olmuş maraqlı bir detala fikir verməmişdi. Söhbət, smartfonların gövdələrində SIM kart girişinin olmamasından gedir. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Google bu məsələdə Apple şirkətinin yolu ilə getmək istəyir.
Belə ki, Google Pixel 8 smartfonları eSIM dəstəyini əldə edə bilərlər. Qeyd etmək lazımdır ki, Apple keçən il iPhone 14 modellərini təqdim edən zaman bildirmişdi ki, smartfonlar ABŞ bazarında SIM kart girişinə sahib olmayacaqlar. Nəticədə iPhone 14 modelləri ABŞ bazarında yalnız eSIM dəstəyi ilə satışa çıxdılar. Heç istisna deyil ki, Google Pixel 8 smartfonlarının ABŞ-da satılacaq versiyaları SIM kart girişi olmadan satılsın. Bu halda onlar da iPhone 14-lər kimi ABŞ bazarında yalnız eSIM dəstəyini əldə edəcəklər.
Paylaş
Bənzər xəbərlər