main-post-cover

    Google Pixel 8a-nın hansı qiymətə satılacağı açıqlanıb

    Cihazlar+
    06.03.2024
    Farid Pardashunas
         Google şirkəti keçən il Pixel 8Pixel 8 Pro smartfonlarını təqdim etdi. İndi isə şirkət büdcəli Pixel 8a modelinin təqdimatına hazırlaşır. Roland Quandt adlı məşhur insayder öz növbəsində Pixel 8a-nın satış qiymətləri barəsində məlumat verib. Onun sözlərinə əsasən sözügedən smartfon bazara iki versiyada satışa çıxacaq. Birinci versiya 128 GB daxili yaddaş həcminə, ikinci versiya isə 256 GB daxili yaddaş həcminə sahib olacaq.
         İnsayder bildirib ki, 128 GB daxili yaddaş həcminə sahib olacaq versiya Avropada 569 avroya, 256 GB daxili yaddaş həcminə sahib olacaq versiya isə 630 avroya satılacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Pixel 7a smartfonu satışa çıxan zaman onun qiyməti 499 avrodan start götürmüşdü. Pixel 8a-nın 90 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranla təchiz olunacağı və Tensor G3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Çox güman ki, Pixel 8a may ayında baş tutacaq Google I/O 2024 konfransı çərçivəsində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bu il Google Pixel Watch 3 smart saatı ilə Pixel Buds Pro 2 smart qulaqlığı gözlənilir
    bu-il-google-pixel-watch-3-smart-saati-ile-pixel-buds-pro-2-smart-qulaqligi-gozlenilir
    Google Pixel smartfonları peyk rabitəsi üzərindən təcili yardım funksiyasını əldə edəcəklər
    google-pixel-smartfonlari-peyk-rabitesi-uzerinden-tecili-yardim-funksiyasini-elde-edecekler
    Chrome brauzerinin Android versiyası videolardakı kadrları yaddaşda saxlama funksiyasını əldə edəcək
    chrome-brauzerinin-android-versiyasi-videolardaki-kadrlari-yaddasda-saxlama-funksiyasini-elde-edecek
    Google Gmail-i bağlayır?
    google-gmail-i-baglayir
    Google Gemma adlı kompakt süni zəka modelini anons edib
    google-gemma-adli-kompakt-suni-zeka-modelini-anons-edib