Logo
    main-post-cover

    Google Pixel 8a-nın hansı qiymətə satılacağı məlum olub

    Cihazlar+
    01.05.2024
    Farid
         Google şirkətinin bu ayın ortasında təqdim edəcəyi Pixel 8a smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Sözügedən smartfon barəsində demək olar hər şey məlumdur. İndi isə Pixel 8a-nın satış qiyməti barəsində məlumat ortaya çıxıb. Daha öncə güman olunurdu ki, Pixel 8a bir qədər baha qiymətə satıla bilər. Lakin bu belə olmayacaq. Belə ki, məlumata əsasən onun satış qiyməti keçən ilki Pixel 7a-nın satış qiyməti ilə eyni səviyyədə olacaq. Məlumatda qeyd edilib ki, Pixel 8a-nın qiyməti 500$-dan start götürəcək. Bu qiymət smartfonun 128 GB daxili yaddaş həcminə sahib versiyasına aiddir.
         Bununla yanaşı smartfonun 256 GB 512 GB daxili yaddaş həcminə sahib versiyaları da satışa çıxacaq. Lakin onların satış qiymətləri barəsində bir məlumat verilməyib. Qeyd etmək lazımdır ki, Pixel 8a-nın 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcəyi və Tensor G3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Üstəlik smartfon özündə 4500 mAh enerji tutumlu batareyanı da birləşdirməlidir. Qeyd etmək lazımdır ki, Pixel 8a smartfonu 14 may tarixində start götürəcək Google I/O 2024 konfransı çərçivəsində təqdim olunmalıdır.
    Paylaş