
Google Pixel 8a-nın maket fotoları ortaya çıxıb
Cihazlar+
16.11.2023
Emil
Keçən ay Google şirkəti Pixel 8 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Pixel 8 və Pixel 8 Pro modelləri daxildirlər. Gələn il şirkət bu smartfonların sadələşdirilmiş versiyası olacaq Pixel 8a-nı təqdim edəcək. İndi isə internetdə Pixel 8a-nın alüminium maketinin fotoları ortaya çıxıb. Məlumatda qeyd edilib ki, Pixel 8a-nın ölçüləri 153.44 x 72.74 x 8.94 mm təşkil edəcək. Fotolardan birində görmək olar ki, smartfonun arxa kamera sahəsi Pixel 8 modellərinin arxa kamera sahələrinə bənzəyəcək. Bununla belə Pixel 8a-nın ekran ətrafı çərçivəsi olduqca qalın olacaq. Pixel 8a-nın gələn ilin yaz fəslində təqdim olunacağı gözlənilir.



Paylaş
Bənzər xəbərlər

Startup və Biznes
Google ilk zamanlarda Google Play-in uğuruna inanmırdı
Epic Games ilə Google arasında hal hazırda gedən məhkəmə prosesi çərçivəsində məlum olub ki, Google ilk vaxtlarda mobil platformaların uğurlu olacaqlarına inanmırdı.

Startup və Biznes
Google Safaridəki reklam elanları gəlirlərinin 36%-ni Apple şirkətinə ödəyir
ABŞ Ədliyyə Nazirliyi ilə Google arasındakı antimonopoliya mövzusunda olan məhkəmə prosesi davam edir.

Servislər
İstifadəçilər kütləvi şəkildə reklam bloklayıcılarından imtina etməyə başlayıblar
Reklam bloklayıcılarının tərtibatçıları heç də ürək açmayan statistikanı təqdim ediblər.

Servislər
Google şirkətinə ən çox gəliri gətirən axtarış sorğuları hansılardır?
ABŞ Ədliyyə Nazirliyi ilə Google arasında davam edən məhkəmə prosesi çərçivəsində ortaya maraqlı məlumatlar çıxıb.

Servislər
Google Chrome brauzerinin 100 milyonlarla Android smartfonda dəstəyi dayandırılıb
Təkcə kənar tərtibatçılar deyil, həmçinin Google şirkəti də zaman-zaman müəyyən Android versiyalarında öz tətbiqlərinin dəstəklərini dayandırır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
