Logo
    main-post-cover

    Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

    Cihazlar+
    21.09.2023
        Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pixel 8a smartfonunun real fotoları ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Pixel 8a-nın gələn ilin yaz fəslində təqdim olunacağı gözlənilir. Ortaya çıxmış fotolardan belə qənaətə gəlmək olar ki, Google Pixel 8a-nın dizaynını bir qədər yeniləyəcək.
        Əgər bu fotolar həqiqəti əks etdirirlərsə, deməli Pixel 7a-dan fərqli olaraq Pixel 8a modeli daha dairəvi gövdə formasını əldə edəcək. Fotolara əsasən Pixel 7a kimi Pixel 8a da ikili arxa kameraya sahib olacaq. Smartfonun ön panelinə gəldikdə isə görmək olar ki, o, qalın ekran ətrafı çərçivələri əldə edəcək. Fotolarda Pixel 8a-nın ilkin prototiplərindən birinin əks olunduğu da istisna deyil. Bu halda smartfonun xarici görünüşündə dəyişikliklərin olacağı ehtimalı yüksəkdir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Pixel 8a-nın real fotoları ortaya çıxıb | Technote