main-post-cover

    Google Pixel 8a-nın render fotoları təqdim edilib

    Cihazlar+
    10.10.2023
    Emil Nəcəfov
         Google keçən həftə Pixel 8 smartfon seiryasını təqdim etdi. İndi isə şirkət Pixel 8-in bir qədər sadələşdirilmiş versiyası olacaq Pixel 8a üzərində çalışır. İnsayderlər Pixel 8a-nın render fotolarını və onun barəsində bəzi məlumatları bölüşüblər. Beləliklə təqdim edilmiş render fotolardan da görmək olar ki, Pixel 8a modeli xarici görünüşcə Pixel 8 və Pixel 8 Pro-ya bənzəyəcək.
         Lakin bununla belə Pixel 8a modelinin gövdəsi daha dairəvi formaya sahib olacaq. Məlumata əsasən sözügedən smartfon 6.1 düym ekrana sahib olacaq və Tensor G3 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə ikili arxa kameranı birləşdirəcək. İnsayderlər bildiriblər, Pixel 8a modeli bu ilin may ayında təqdim edilmiş Pixel 7a-dan bir qədər kompakt ölçüdə olacaq. Pixel 8a-nı yaxın zamanda gözləmək lazım deyil. Onun gələn ilin yaz fəslində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI şirkəti yeni gaming monitorunu təqdim edib
    msi-sirketi-yeni-gaming-monitorunu-teqdim-edib
    OnePlus öz ilk qatlana bilən smartfonunun tizer fotosunu təqdim edib
    oneplus-oz-ilk-qatlana-bilen-smartfonunun-tizer-fotosunu-teqdim-edib
    Samsung Galaxy A05s-i uzun müddət ərzində software dəstəyi ilə təmin etməyi planlaşdırır
    samsung-galaxy-a05s-i-uzun-muddet-erzinde-software-desteyi-ile-temin-etmeyi-planlasdirir
    Lenovo ThinkCentre M70a monoblokunun yeni versiyası üzərində çalışır
    lenovo-thinkcentre-m70a-monoblokunun-yeni-versiyasi-uzerinde-calisir
    Samsung Galaxy M44 smartfonunun real fotosu ortaya çıxıb
    samsung-galaxy-m44-smartfonunun-real-fotosu-ortaya-cixib