
Google Pixel 8a-nın sahib olacağı bütün gövdə rənglərində fotoları təqdim edilib
Cihazlar+
15.04.2024
Farid
Google şirkəti gələn ay tərtibatçılar üçün nəzərdə tutulmuş Google I/O 2024 konfransını keçirəcək. Konfransda əsas diqqət Android 15-ə istiqamətlənsə də, konfrans çərçivəsində Pixel 8a smartfonunun təqdim olunacağı gözlənilir. Bu smartfonun daha öncə artıq çoxlu sayda fotoları ortaya çıxıb. İndi isə Android Headlines saytı Pixel 8a-nın sahib olacağı bütün gövdə rənglərində əks olunduğu fotoları sərgiləyib. Beləliklə sərgilənmiş fotolara əsasən Pixel 8a smartfonu bazara 4 gövdə rəngində satışa çıxacaq. Obsidian, Mint, Porcelain və Bay.

Qeyd etmək lazımdır ki, adları sadalanmış bu rənglər daha öncəki Pixel modellərində də istifadə edilib. Məsələn Mint adlı gövdə rəngi Pixel 6a-da, Bay adlı gövdə rəngi isə Pixel 8 Pro-da istifadə edilib. Fotolardan da görmək olar ki, Pixel 8a modeli xarici görünüşcə keçən ilki Pixel 8 modelinə bənzəyəcək. Gözləntilərə əsasən Pixel 8a smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym ekranla təchiz olunacaq, Tensor G3 prosessoru vasitəsilə çalışacaq və özündə 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcək.



Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Google Pixel 8a-nın yeni real fotoları ortaya çıxıb
Google şirkəti gələn ay Google I/O 2024 konfransı çərçivəsində Pixel 8a smartfonunu təqdim etməlidir.

Cihazlar+
Google Pixel 8a şirkətin reklamında ortaya çıxıb (VİDEO)
Google şirkəti gələn ay Google I/O 2024 konfransını keçirəcək. Həmin konfrans çərçivəsində Android 14-dən əlavə olaraq Google Pixel 8a smartfonunun da təqdim olunacağı gözlənilir.

Proqram Təminatı
Android 15-də smartfon ekranının yeni çalışma rejimi istifadəyə veriləcək
Android Authority saytı Android 15-in beta versiyasının kodunda maraqlı funksiya aşkar edib.

Cihazlar+
Google Pixel 8a-nın əsas texniki göstəriciləri və satış qiyməti ortaya çıxıb
Google şirkəti gələn ay baş tutacaq Google I/O 2024 konfransı çərçivəsində Pixel 8a smartfonunu təqdim etməlidir.

Proqram Təminatı
Google Search-ün süni zəka funksiyalarına sahib ödənişli versiyası hazırlanır
Financial Times-ın vermiş olduğu məlumata əsasən Google şirkəti Google Search axtarış servisinin süni zəka funksiyalarına sahib yenilənmiş versiyasını hazırlayır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
