
Google Pixel 8a-nın vacib texniki özəlliklərindən biri məlum olub
Cihazlar+
14.02.2024
Emil
Google şirkəti yaxın aylar ərzində Pixel 8a smartfonunu təqdim etməlidir. Məlum olub ki, Google Pixel 8a smartfonu Avropanın UL Demko adlı tənzimləyici orqanının məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində smartfonun vacib texniki göstəricilərindən biri məlum olub. Söhbət, onun batareya həcmindən gedir. Beləliklə ortaya çıxmış məlumata əsasən Pixel 8a smartfonu 4942 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Pixel 7a smartfonu özündə 4385 mAh enerji tutumlu batareyanı birləşdirir. Pixel 8a-nın may ayında baş tutacaq Google I/O 2024 konfransı çərçivəsində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
