Logo
    main-post-cover

    Google Pixel 8a smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    24.08.2023
    Emil
        Google şirkəti hələ Pixel 8 smartfon seriyasını təqdim etmədiyi halda internetdə artıq Pixel 8a smartfonu barəsində ilk məlumatlar ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Pixel 8a-nın gələn ilin yaz fəslində təqdim olunacağı gözlənilir. Məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Beləliklə Geekbench məlumatlarına əsasən Google Pixel 8a smartfonu Akita kod adına sahibdir və o, 2.91 GHz tezlikdə çalışacaq 9 nüvəli Tensor G3 prosessoru və Mali-G715 qrafik çipi ilə təchiz olunacaq. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı qeyd edilib ki, smartfon Android 14 əməliyyat sisteminə sahib olacaq.
        Beləliklə Pixel 8a Geekbench-in bir nüvəli testi çərçivəsində 1218 xal, çox nüvəli testi çərçivəsində isə 3175 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Tensor G2 prosessoru vasitəsilə çalışan Pixel 7 Pro smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1050 xal, çox nüvəli testi çərçivəsində isə 3250 xal toplayır. Burdan da belə qənaətə gəlmək olar ki, Tensor G3-ün performansı bir nüvəli test çərçivəsində artsa da, çox nüvəli test çərçivəsində Tensor G2-nin səviyyəsində qalıb. Lakin təqdimata kimi şirkətin sözügedən yeni prosessorun optimizasiyasını yaxşılaşdıracağı güman olunur. Bu halda onun performansı daha yüksək ola bilər.
    Paylaş
    Bənzər xəbərlər