Logo
    main-post-cover

    Google Pixel 8a smartfonu Pixel 8 smartfon seriyası kimi uzun müddət ərzində dəstəklənəcək

    Cihazlar+
    30.04.2024
    Farid
         Google şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş Google I/O 2024 konfransı 14 may tarixində start götürəcək. Sözügedən konfransda əsas diqqət Android 14-ə ayrılsa da, şirkət həmçinin Google Pixel 8a smartfonunu təqdim edəcək. Pixel 8a barəsində məlumatlar isə ortaya çıxmağa davam edirlər. Beləliklə insayderlərin vermiş olduqları yeni məlumata əsasən Google Pixel 8a smartfonu keçən il təqdim edilmiş Google Pixel 8Pixel 8 Pro kimi uzun müddət ərzində proqram təminatı dəstəyinə sahib olacaq.
         Məlumatda qeyd edilib ki, Pixel 8a smartfonu 7 illik Android dəstəyi və 7 illik təhlükəsizlik dəstəyi ilə təmin olunacaq. Son məlumat sızıntılarına əsasən sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym OLED ekranla təchiz olunacaq və Tensor G3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 64 MP + 13 MP ikili arxa kameranı və 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
    Paylaş