
Google Pixel 8a təqdimata hazırlaşır
Cihazlar+
19.03.2024
Emil
Google şirkəti yaxın zamanda Google Pixel 8a smartfonunu təqdim etməlidir. İndi isə məlum olub ki, şirkət artlıq bu smartfonu sertifikatlaşdırıb. Belə ki, Galaxy Pixel 8a ABŞ-ın Federal Rabitə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb. Məlumatlar bazasında smartfonun nə zaman təqdim olunacağı qeyd edilməyib. Lakin çox güman ki, bu, may ayında keçiriləcək Google I/O 2024 konfransı çərçivəsində baş tutacaq. Daha öncəki məlumat sızıntılarına əsasən Google Pixel 8a smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və Tensor G3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun 27 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
