
Google Pixel 9 smartfonları barəsində artıq ilk məlumat verilib
Cihazlar+
05.10.2023
Emil
Google Pixel 8 smartfon seriyasının təqdimatından hələ dünən baş tutmasına baxmayaraq artıq indidən Google Pixel 9 smartfon seriyası barəsində məlumatlar ortaya çıxıb. Gələn il təqdim olunacağı gözlənilən Google Pixel 9 smartfon seriyası barəsində ilk məlumatları Ross Young adlı məşhur insayder təqdim edib. Onun sözlərinə əsasən Google gələn ilki smartfonlarının ekran ölçülərini böyütməyi planlaşdırır. Bununla belə bu dəyişiklik təkcə Pixel 9 smartfonlarını deyil, həmçinin Pixel 9a smartfonunu və qatlana bilən Pixel Fold 2-ni əhatə edəcək. İnsayder bildirib ki, o bu smartfonların dəqiq ekran ölçüləri barəsində məlumata artıq sahibdir. Lakin o bu məlumatı daha sonra təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
