Logo
    Google Pixel istifadəçilərinin əksəriyyəti digər brendin smartfonlarına keçid etmək istəyir

    Google Pixel istifadəçilərinin əksəriyyəti digər brendin smartfonlarına keçid etmək istəyir

    Cihazlar+
    17.05.2023
      İnsanlar əksər hallarda müəyyən brendin məhsullarına bağlı qalırlar. Bu vəziyyətə daha çox Apple məhsullarının istifadəçiləri arasında rast gəlinir. Ümumilikdə bu vəziyyət demək olar bütün məhsullara aid edilir. Lakin bu mövzuda istisnalar da olur. Statista adlı şirkətin mütəxəssisləri məhz bu cür yeni istisnanı aşkar ediblər. Belə ki, məlum olub ki, Google Pixel smartfonlarının istifadəçiləri ilk imkan çərçivəsində digər brendin cihazına keçid etməyi arzu edirlər.
      2022-ci ilin aprel ayından 2023-cü ilin mart ayına kimi istifadəçilər arasında keçirilmiş sorğunun nəticələri məhz buna işarə edirlər. Sorğuda ümumilikdə 10 000 nəfər amerikalı iştirak edib. Sorğu iştirakçıları Apple, Samsung və Google smartfonlarından istifadə edirlər. Məlum olub ki, Google Pixel smartfonlarının istifadəçiləri brendə bağlılıq məsələsində aşağı göstəricilər sərgiləyiblər. Belə ki, Google Pixel smartfonlarının istifadəçilərinin 57%-i bildirib ki, onlar digər brendin smartfonlarına keçid etməyi planlaşdırırlar. Google Pixel smartfonlarını istifadə etməyə davam etmək arzusunda olanların faiz göstəricisi isə 26% təşkil edib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Pixel istifadəçilərinin əksəriyyəti digər brendin smartfonlarına keçid etmək istəyir