Logo
    main-post-cover

    Google Pixel Watch 4 ağıllı saatının yeni render fotoları ortaya çıxıb

    Cihazlar+
    25.07.2025
         Google şirkəti 20 avqust tarixində Made by Google tədbirini keçirəcək. Bu tədbir çərçivəsində şirkət Pixel 10 smartfon seriyasını və Pixel Watch 4 ağıllı saatını təqdim edəcək. İndi isə internetdə bu yeni ağıllı saatın yeni render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda ağıllı saatın iki versiyası əks olunub. Onlardan biri 41 mm-lik gövdə ölçüsünə, digəri isə 45 mm-lik gövdə ölçüsünə sahibdir. Fotolardan da görmək olar ki, Pixel Watch 4 modeli xarici görünüşcə Pixel Watch 3-dən heç də fərqlənmir. Yeni ağıllı saat daha öncəki modeldə olduğu kimi dairəvi gövdə dizaynını əldə edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Pixel Watch 4 ağıllı saatının yeni render fotoları ortaya çıxıb | Technote