Logo
    main-post-cover

    Google Play alternativ mağazaları qəbul edəcək

    Cihazlar+
    15.07.2026
    Sevinj
        ABŞ-də illərdir davam edən GoogleEpic Games arasındakı məhkəmə çəkişməsi Android ekosistemində mühüm dəyişikliklə nəticələnib. Tərəflər məhkəməyə təqdim etdikləri son müraciəti geri götürdüklərini açıqlayıblar. Bu isə o deməkdir ki, 22 iyuldan etibarən Google Play Store ABŞ-də üçüncü tərəf Android tətbiq mağazalarının yerləşdirilməsinə icazə verəcək.
    “The parties respectfully withdraw their renewed joint motion,” reads the text, adding that Google “is prepared to launch the remedies reflected in paragraphs 11-12 of the permanent injunction on July 22nd, 2026.”
        Qərar ötən il hakim Ceyms Donatonun çıxardığı hökmə əsaslanır. Həmin hökmə görə, Google Android tətbiq bazarında qanunsuz inhisar yaratdığı üçün rəqib tətbiq mağazalarının Google Play vasitəsilə istifadəçilərə təqdim edilməsinə mane ola bilməz. Google uzun müddət bu qərarı dəyişdirməyə çalışsa da, indi şirkət prosesin daha da uzanmaması üçün müraciətini geri götürdüyünü açıqlayıb. Şirkət bildirir ki, bundan sonra diqqətini istifadəçilərə daha çox seçim, inkişaf etdiricilərə isə daha geniş imkanlar təqdim edəcək yeni biznes modelinə yönəldəcək.
    Paylaş