main-post-cover

    Google Play Store-a yeni funksiya gələcək: Tətbiq Paylaşma

    Cihazlar+
    12.09.2020
    Nijat Hamid
            Smartfon ekosisteminin ən çox istifadə edilən 2 tətbiq marketindən olan biri olan Google Play Store yenilənməyə və təkmilləşməyə davam edir. Beləki 9to5Google tərəfindən aşkarlanan məlumatlara görə Google şirkəti Play Store ilə tətbiqləri paylaşmağa imkan yaradan yeni bir funksiya üzərində işləyir. Verilən məlumatlara görə yeni funksiya ilə istifadəçilər naqilsiz tətbiq paylaşma funksiyasından istifadə edərək başqa bir smartfondakı tətbiqi yükləmədən istifadə edə biləcək.

    İstifadəçilər naqilsiz bir şəkildə başqa smartfona yüklənmiş tətbiqi öz smartfonuna yükləmədən istifadə edə biləcək.

            Beləki bu funksiyanın istifadə zamanı 2 istifadəçinin olması şərtdir. Smartfonundakı tətbiqi paylaşmaq istəyən istifadəçi Play Store üzərindəki My Apps kateqoriyasına daxil olaraq paylaşmaq istədiyi tətbiqi seçəcək. Digər istifadəçi isə Play Store-a daxil olaraq tətbiqi paylaşmaq istəyən istifadəçi ilə bağlantı yaradacaq. Bu bağlantı zamanı 2 istifadəçinin smartfonu bir-birinə Wi-Fi, NFC və ya Bluetooth ilə əlaqələndiriləcək. Beləliklə bir istifadəçi digər istifadəçinin smartfonunda olan tətbiqi özü yükləmədən istifadə edə biləcək.    
            Google rəsmiləri hələki bu funksiya ilə bağlı açıqlama verməyib. Funksiyanı aşkarlayan tərtibatçıların iddialarına görə bu funksiya pullu tətbiqlərdə istifadə edilə bilməyəcək. Yəni yeni funksiya sadəcə pulsuz tətbiqlərə aid olacaq. Tətbiq paylaşma funksiyanının istifadəyə nə vaxt veriləcəyi hələ bilinmir.
    Linki kopyala