
Google qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır
Android Authority saytının vermiş olduğu məlumata əsasən Google şirkəti öz yeni qatlana bilən smartfonu üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkətin yeni qatlana bilən smartfonu Google Pixel Fold 2 adlanacaq. Məlumata əsasən Pixel Fold 2 smartfonu Tensor G4 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu ilin payız fəslində təqdim olunacaqları gözlənilən Pixel 9 smartfonları da sözügedən prosessoru əldə etməlidirlər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Pixel Fold 2 smartfonu 16 GB RAM-ı və UFS 4.0 standartlı daxili yaddaş həcmini əldə edəcək. Smartfon barəsində digər bir məlumat hələ yoxdur. Pixel Fold 2-nin bu il ərzində təqdim olunacağı gözlənilir.
Paylaş