Google şirkəti daha bir Pixel 5 modelini təqdim edəcək: Real fotolar sızdırılıb
Cihazlar+
09.09.2020
Farid Pardashunas
Google şirkəti gələn ay Pixel 4a 5G və Pixel 5 5G smartfonlarını təqdim etməlidir. Lakin sızdırılmış yeni məlumata əsasən şirkət daha bir Pixel modelini təqdim edə bilər. Söhbət, Pixel 5s modelindən gedir. Sözügedən smartfonun real fotoları artıq sızdırılıb. Bu barədə 9to5google saytı xəbər verib. Ortaya çıxmış fotolara əsasən Pixel 5s modeli xarici görünüşcə adi Pixel 5-ə bənzəyir.
Smartfon ekranının yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşdirilib. Arxa paneldə kamera sahəsi və barmaq izi skanı tenxologiyası mövcuddur. Arxa paneldə Google loqosunun yerində yerləşən digər loqo onu bildirir ki, fotolarda əks olunmuş smartfon prototipdir və satış üçün nəzərdə tutulayıb. Pixel 5s modelinin texniki özəllikləri və təqdimat tarixi barəsində məlumat verilməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)