
Google şirkətinin ilk qatlana bilən smartfonunun özəlliklərindən biri barəsində məlumat verilib
Dəfələrlə məlumat verilib ki, Google şirkəti özünün ilk qatlana bilən smartfon modeli üzərində çalışır. Bəzi məlumatlara əsasən şirkətin ilk qatlana bilən smartfonu Pixel Fold adını əldə edəcək. İndi isə insayderlər həmin smartfonun fərqləndirici özəlliklərindən biri barəsində məlumat veriblər. Verilmiş məlumata əsasən Pixel Fold smartfonu böyük çəkiyə sahib olacaq. İnsayderlər bildiriblər ki, o hətta Galaxy Z Fold 4-dən də ağır olacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 4-ün özü mobil cihazlar bazarında ən ağır smartfonlardan biridir. Onun çəkisi 263 qramm təşkil edir.
Pixel Fold-un nə dərəcədə ağır olacağı barəsində məlumat verilməyib. Lakin digər tərəfdən Google şirkətinin ilk qatlana bilən smartfonunun nəyə görə ağır olacağını anlamaq olar. Belə ki, son məlumatlara əsasən Pixel Fold smartfonu hətta Galaxy Z Fold 4-ün sahib olduğu batareyadan daha böyük batareya ilə təchiz olunacaq. Qatlana bilən smartfonun hansı həcmdə batareya ilə təchiz olunacağı dəqiq şəkildə bilinməsə də insayderlər qeyd ediblər ki, o, 5000 mAh-a yaxın olacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 4 smartfonu 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Google şirkətinin öz ilk qatlana bilən smartfonunu may ayında keçiriləcək Google I/O 2023 tədbiri çərçivəsində təqdim edəcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər