Google şirkətinin qatlana bilən Pixel smartfonu barəsində yeni məlumatlar verilib

Google şirkətinin qatlana bilən Pixel smartfonu barəsində yeni məlumatlar verilib

Mobil Cihazlar
05.05.2022 PAYLAŞIM

    Ross Young adlı məşhur insayder Google şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatlar verib. Gözləntilərə əsasən smartfon Google Pixel Notepad adı altında satışa çıxacaq. Beləliklə verilmiş məlumata əsasən Google şirkətinin ilk qatlana bilən smartfonu kitab tərzində reallaşdırılacaq və dizayn baxımından Samsung Galaxy Z Fold-u xatırladacaq. Məlumatda qeyd edilib ki, qatlana bilən smartfonun ekran ölçüsü hal hazırda hazırlanan Galaxy Z Fold 4-ün sahib olacağı ekran ölçüsü ilə eyni olacaq. Yəni Pixel Notepad modeli 7.6 düym ekran ilə təchiz olunacaq.

    Bununla yanaşı Pixel Notepad-ın gövdəsinin xaricində də əlavə ekran reallaşdırılacaq və o, köməkçi ekran rolunda çıxış edəcək. Xarici ekranın 5.8 düym olacağı qeyd edilib. Bundan əlavə olaraq smartfon Google şirkətinin Tensor adlı fərdi prosessoru və 8 MP-lik ön kamera ilə təchiz olunacağı məlumatda əks olunub. Google şirkətinin ilk qatlana bilən smartfon modelinin təqdimatı artıq bu ilin payız fəslində baş tuta bilər. Qeyd etmək lazımdır ki, şirkət adətən yeni Pixel smartfonlarını oktyabr ayında təqdim edir. Buna görə də heç istisna deyil ki, Pixel Notepad modeli də həmin vaxtda təqdim ediləcək. Gözləntilərə əsasən Pixel Notepad 1400$ qiymətində satışa çıxacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...


Apple şirkətinin payız tədbiri: iPhone 14-ün mümkün təqdimat tarixi və digər məl..

iDropnews saytı öz mənbələrinə istinadən iPhone 14-ün təqdimatına dair yeni məlumatları təqdim edib...

×