Logo
    main-post-cover

    Google-un yeni PC əməliyyat sistemi: Aluminium OS ilk dəfə ortaya çıxıb

    Cihazlar+
    27.11.2025
    Sevinc
        Technote.az "Engadget" platformasına istinadən bildirir ki, Google-un Android və ChromeOS sistemlərini birləşdirəcək yeni nəsil əməliyyat sistemi barədə ilk detallar məlum olub. “Aluminium OS” adlı layihə Google-un yeni vakansiya elanı sayəsində üzə çıxıb. Elana görə, bu sistem mərkəzində süni intellekt olan yeni əməliyyat sistemi kimi təsvir edilir.
        Android Authority-nin diqqət yetirdiyi, lakin sonradan silinmiş vakansiya elanında bu əməliyyat sistemi üçün “ALOS” qısaltması istifadə olunur və Aluminium OS-in Android əsaslı olduğu açıq şəkildə qeyd edilir. Google-un həm giriş səviyyəli, həm də orta və premium cihazlar üçün bu OS-i nəzərdə tutduğu bildirilir.
        ChromeOS-un dərhal ləğv ediləcəyi gözlənilmir. Vakansiyada komandanın müxtəlif form–faktorlarda (noutbuklar, ayrılabilən cihazlar, planşetlər və TV qutuları) həm ChromeOS, həm də Aluminium OS işlədən cihazlar üzərində işləyəcəyi yazılıb. Lakin elanda Google-un ChromeOS-dan Aluminium-a keçid strategiyasını hazırlamaq kimi ifadələr də yer alır ki, bu da uzunmüddətli perspektivdə ChromeOS-un tamamilə yeni sistemlə əvəzlənəcəyinə işarə edir. Google təxminən on ildən çoxdur Android-i PC-lərə gətirməyi nəzərdən keçirirdi, lakin son illərdə bu istiqamətdə daha konkret addımlar atıb. Ötən il yeni planların olduğu bildirilmişdi və Android rəhbəri Sameer Samat artıq ChromeOS və Android-in vahid platformaya birləşdiriləcəyini təsdiqləyib. Yeni sistemin gələn il təqdim edilməsi planlaşdırılır.
    Paylaş