
Google uzun fasilədən sonra yeni smart eynəyini hazırlamağa yaxındır
Cihazlar+
12.03.2025
Emil
Google Kanadalı startap AdHawk Microsystems-i almaq üzrədir. Bu şirkət göz hərəkətlərinin izlənməsi texnologiyaları üzərində işləyir. Bloomberg-in məlumatına görə, bu alış Google-un Android XR platformasının inkişafını sürətləndirməsinə və bəlkə də öz ağıllı eynəyini istehsal etməyə başlamasına imkan verəcək. Mənbələrin sözlərinə görə, şirkətlər arasındakı danışıqlar yekun mərhələdədir və bu həftə ərzində müqavilə imzalana bilər. Google bu startapı 115 milyon dollara almağı planlaşdırır. Bunun 15 milyon dolları isə yalnız AdHawk-un əvvəlcədən müəyyən olunmuş hədəflərə çatdığı halda ödəniləcək. 2017-ci ildə Ontario ştatının Vaterloo şəhərində qurulan AdHawk startapı, istifadəçinin baxış istiqamətini müəyyən etməyə imkan verən öz texnologiyası əsasında MindLink adlı ağıllı eynəkləri inkişaf etdirib.

AdHawk-ın enerjiyə qənaət edən sensorları rəqiblərinin həlləri ilə müqayisədə göz bəbəyi hərəkətlərinə daha sürətli reaksiya vermək qabiliyyətinə malikdir. Şirkət yalnız aparat hissəsinin deyil, həm də proqram təminatının hazırlanması üzərində işləyir. AdHawk, Samsung Electronics, Intel, HP və Sony Group-un vençur bölmələrinin dəstəyi ilə yanaşı, Ray-Ban brendinin sahibi EssilorLuxottica SA-dan da investisiya alıb. Bu şirkət həmçinin Meta-nın ağıllı eynəklər istehsalında tərəfdaşıdır. Google ağıllı eynək yaratmağa ilk maraq göstərən şirkətlərdən biri olub və 10 il əvvəl Google Glass modelini təqdim edib. Lakin bu ağıllı cihaz istifadəçilər tərəfindən geniş qəbul edilmədiyi üçün 2 il əvvəl layihə tamamilə bağlanıb.

Google Samsung ilə birlikdə Project Moohan adlı genişləndirilmiş reallıq (XR) cihazını hazırlayır. Lakin şirkətin buna bənzər cihazını yaratmağa marağı açıq-aşkardır. Baxış istiqamətinin izlənməsi texnologiyası Apple-ın Vision Pro cihazında əsas interfeys elementi hesab olunur və Samsung-un Project Moohan cihazında da vacib rol oynayacaq. Bu ilin əvvəlində Google, HTC-nin genişləndirilmiş reallıq (XR) cihazları üzrə şöbəsini 250 milyon dollara aldı. AdHawk-ın alınması prosesi başa çatdıqdan sonra onun əməkdaşları Android XR platformasının inkişaf komandası ilə birləşəcək və taxıla bilən cihazlar üzərində işləməyə davam edəcəklər.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Google Pixel 10-un ilk render fotoları təqdim edilib
Google şirkəti bu ilin ikinci yarısında Pixel 10 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də adi Pixel 10 olacaq. İndi isə OnLeaks ləqəbli məşhur insayder Pixel 10 smartfonunun ilk render fotolarını təqdim edib.

Tech-Biznes
ABŞ hökuməti Google şirkətini Chrome brauzerini satmağa məcbur edəcək
ABŞ Ədliyyə Nazirliyi təsdiqləyib ki, Google öz biznesini bölməli olacaq və xüsusilə Chrome brauzerini satmağa məcbur ediləcək. Məlumata əsasən bu tələb yeni məhkəmə sənədində öz əksini tapıb.

Cihazlar+
Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
Evan Blass adlı məşhur insayder Google şirkətinin təqdimata hazırlaşan orta büdcəli Pixel 9a smartfonunun reklam fotolarını təqdim edib.

Sosial Media
YouTube onlayn kazino reklamları ilə mübarizəyə başlayır
Google YouTube-da onlayn kazinolar və digər rəqəmsal qumar oyunları ilə bağlı məzmun siyasətini sərtləşdirdiyini elan edib.

Proqram Təminatı
Google Search-də süni zəka axtarış rejiminin testinə start verilib
Google AI Overviews (süni zəka icmalları) funksiyasının genişləndirildiyini elan edib. Bu funksiya artıq dünyanın bütün istifadəçiləri üçün əlçatan olacaq, hətta sistemə daxil olmayanlar üçün belə.
Ən çox oxunanlar

Okean axınları küləkdən 2.5 dəfə daha çox enerji generasiya edə bilirlər
