main-post-cover

    Google yeni orta büdcəli Pixel 5a 5G smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    18.08.2021
    Emil Nəcəfov
        Google Pixel smartfon seriyasına Pixel 5a 5G adlı yeni orta büdcəli model daxil olub. Bu yeni smartfon özündə keçən ilki Pixel modellərinin dizaynını birləşdirib və bir sıra maraqlı özəlliyi əldə edib. Onların arasında sudan qorunan gövdə, Pixel seriyasında ən böyük batareya həcmi və istifadəçilərin konfidensial məlumatlarının qorunması üçün nəzərdə tutulmuş Titan M çipi var. Beləliklə Google Pixel 5a 5G smartfonu 2400x1080 piksel keyfiyyətində olan 6.34 düym OLED ekran əldə edib. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşdirilib. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 765G prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12.2 MP (f/1.7 diafraqma) + 16 MP (f/2.2 diafraqma) ikili arxa kamera, 8 MP-lik (f/2.2 diafraqma) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyasına sahib 4680 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onu da qeyd etmək lazımdır ki, Pixel 5a 5G modeli IP67 standartı üzrə sudan qorunur və həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul ilə təchiz olunub. Smartfon Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Pixel 5a 5G 26 avqust tarixində satışa çıxacaq və 449$-a satılacaq.
    Linki kopyala