
Google yeni qatlana bilən smartfonu üzərində çalışır
Cihazlar+
03.10.2023
Emil
Google şirkəti iyun ayında öz ilk qatlana bilən smartfonu Pixel Fold-u təqdim etmişdi. İndi isə görünür, şirkət yeni qatlana bilən smartfon üzərində çalışır. Belə ki, 9to5google saytının əməkdaşları Google Pixel Buds tətbiqinin kodunda bilinməyən cihazın kod adını aşkar ediblər. Söhbət, Comet kod adından gedir. Məsələn sabah təqdim ediləcək Pixel 8 modeli Shiba kod adına, Pixel 8 Pro isə Husky kod adına sahibdir. Gələn il təqdim ediləcək Pixel 9 modeli Komodo kod adına, Pixel 9 Pro isə Cairman kod adına sahibdir. Buna görə də belə qənaətə gəlmək olar ki, Comet kod adı Pixel Fold-un davamçısına və ya tamamilə yeni bir cihaza aiddir. Tamamilə yeni cihaz dedikdə isə Google Pixel Flip nəzərdə tutulur. Comet kod adına sahib cihaz barəsində ətraflı bir məlumat yoxdur. Onun nə zaman təqdim olunacağı da bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
