Logo
    main-post-cover

    GoPro 8K çəkiliş edən yeni Mission 1 kameralarını təqdim etdi

    Cihazlar+
    14.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, GoPro yeni nəsil peşəkar aksiya kameraları olan Mission 1 seriyasını rəsmi olaraq təqdim edib. Şirkətin açıqladığı yeni xəttə daha böyük sensorlar, yüksək çözünürlüklü video imkanları və ilk dəfə dəyişdirilə bilən obyektiv dəstəyi kimi diqqətçəkən yeniliklər daxildir.
    <em>The Mission 1 cameras sport front-facing screens like recent GoPro Hero cams.</em>
    GoPro Mission 1 Pro: 8Kp60 Video, 50MP Photos, 10-Bit Log, 5+ Hour Battery  | PetaPixel
        Yeni seriya ümumilikdə üç modeldən ibarət olacaq: Mission 1, Mission 1 Pro və ən üst səviyyə model olan Mission 1 Pro ILS. İlk iki model 28 may tarixində satışa çıxacaq, ən premium versiyanın isə 2026-cı ilin üçüncü rübündə bazara gəlməsi gözlənilir. Mission 1 ailəsinin əsas yeniliklərindən biri bütün modellərdə istifadə olunan 50 MP çözünürlüklü 1 düymlük sensor və şirkətin yeni hazırladığı GP3 prosessorudur. Standart Mission 1 modeli 8K 30 FPS video çəkilişi dəstəkləyir, həmçinin 4:3 sensor formatında 4K 120 FPS açıq kadr (open gate) çəkiliş imkanı təqdim edir. Bu modeldə 1080p çözünürlükdə maksimum 240 FPS slow-motion çəkiliş mümkündür.
        Daha güclü Mission 1 Pro modeli isə video imkanlarını daha da artıraraq 8K 60 FPS8K 30 FPS open gate çəkiliş təklif edir. Slow-motion rejimində isə bu model 1080p-də 960 FPS kimi olduqca yüksək sürətli çəkiliş edə bilir. Seriyanın ən maraqlı modeli hesab olunan Mission 1 Pro ILS isə GoPro tarixində ilk dəfə Micro Four Thirds obyektiv sistemi ilə gələcək. Bu o deməkdir ki, istifadəçilər Panasonic, OM System və digər istehsalçıların yüzlərlə fərqli obyektivini kameraya qoşa biləcəklər. Bu xüsusiyyət GoPro-nu artıq sadəcə aksiya kamerası deyil, mini peşəkar çəkiliş platformasına çevirir.
    Paylaş