
GoPro Hero 13 Black action kamerasının keyfiyyətli fotoları ortaya çıxıb
Cihazlar+
16.08.2024
Emil
Öz action kameraları ilə tanınan GoPro şirkəti yaxın zamanda GoPro Hero 13 Black adlı yeni action kamerasını təqdim etməlidir. Lakin artıq indidən onun hansı xarici görünüşə sahib olacağı məlum olub. Belə ki, GoPro Hero 13 Black action kamerasının veb səhifəsi Amazon saytında ortaya çıxıb. Səhifədə kameranın özünün və onun üçün nəzərdə tutulmuş aksesuarların da fotoları əks olunub. Fotolara əsasən bu yeni action kamera iki ədəd ekrana sahib olacaq.

Birinci ekran arxa hissədə, ikinci ekran isə ön hissədə obyektivin yanında yerləşəcək. Bununla yanaşı kameranın ön hissəsində xüsusi qəfəs olacaq və o, kameranın soyutma sistemi üçün nəzərdə tutulacaq. Fotolardan da görmək olar ki, GoPro Hero 13 Black dəyişdirilə bilən obyektiv özəlliyinə sahib olacaq. Kamera üçün nəzərdə tutulmuş aksesuarlar siyahısında makro və ultra geniş bucaqlı çəkilişlər üçün olan obyektivləri görmək olar. Keçən il GoPro Hero 12 Black kamerası 9 sentyabr tarixində təqdim edilmişdi. Çox güman ki, GoPro Hero 13 Black kamerası da sentyabr ayında təqdim ediləcək.



Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı Copilot for Gaming xidməti anons edilib
