main-post-cover

    GoPro Hero 13 Black və GoPro Hero action kameraları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.09.2024
    Emil Nəcəfov
         GoPro şirkəti öz yeni action kameralarını təqdim edib. Söhbət, GoPro Hero 13 BlackGoPro Hero modellərindən gedir. İlk öncə bu action kamera seriyasının əsas modeli olan GoPro Hero 13 Black modelinə nəzər yetirək. Beləliklə GoPro Hero 13 Black modeli özündə 1/1.9 düym ölçülü kamera sensoruna sahib 27 MP-lik kameranı birləşdirir. Bu action kamera həm ön həm də arxa tərəfdən ekranla təchiz olunub. Kamera saniyədə 120 kadr sürətlə 5.3K keyfiyyətli, saniyədə 400 kadr sürətlə 720p keyfiyyətli və saniyədə 360 kadr sürətlə 900p keyfiyyətli videolar çəkə bilir.
         Üstəlik GoPro Hero 13 Black kamerası HyperSmooth 6.0 stabilizasiya sisteminə sahibdir. Keçən ilki GoPro Hero 12 Black ilə müqayisədə GoPro Hero 13 Black-də iki vacib yenilik reallaşdırılıb. Belə ki, yeni action kamera 1900 mAh enerji tutumlu batareya ilə təchiz olunub və Wi-Fi 6 dəstəyini əldə edib. Bu cür böyük həcmli batareya sayəsində GoPro Hero 13 Black bir dəfə şarj olunandan sonra 2.5 saat ərzində fasiləsiz çəkiliş edə bilir. Wi-Fi 6 dəstəyi isə öz növbəsində çəkilmiş kontentlərin sürətli ötürülməsini təmin edir.
         İndi isə GoPro Hero modelinə nəzər yetirək. Bu model GoPro Hero 13 Black-dən 35% daha kiçikdir və onun çəkisi cəmi 86 qramm təşkil edir. GoPro Hero modeli saniyədə 30 kadr sürətlə 1080p keyfiyyətli, saniyədə 30 kadr sürətlə 4K keyfiyyətli və saniyədə 60 kadr sürətlə 2.7K keyfiyyətli videolar çəkir. Məlumatda qeyd edilib ki, GoPro Hero bir dəfə şarj olunandan sonra 1080p keyfiyyətində çəkilişləri 155 dəqiqə ərzində, 4K keyfiyyətində çəkilişləri isə 100 dəqiqə ərzində reallaşdıra bilir. Bu iki yeni kameranı GoPro-nun rəsmi saytında artıq sifariş etmək olar. GoPro Hero 13 Black modeli 400$-a, GoPro Hero modeli isə 200$-a başa gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    GoPro öz yeni action kameralarının təqdimatlarını anons edib
    gopro-oz-yeni-action-kameralarinin-teqdimatlarini-anons-edib
    GoPro Hero 13 Black action kamerasının keyfiyyətli fotoları ortaya çıxıb
    gopro-hero-13-black-action-kamerasinin-keyfiyyetli-fotolari-ortaya-cixib
    İkinci nəsil GoPro Max-ın fotosu təqdim edilib
    ikinci-nesil-gopro-max-in-fotosu-teqdim-edilib