
GoPro öz yeni action kameralarının təqdimatlarını anons edib
Cihazlar+
02.09.2024
Emil
GoPro şirkəti öz yeni action kameralarının təqdimatlarını anons edib. Şirkətin təqdim etmiş olduğu tizer videoya əsasən yeni action kameralar 4 sentyabr tarixində təqdim ediləcək. Məlumata əsasən 4 sentyabr tarixində GoPro 2 yeni kameranı təqdim edəcək. Birinci kamera GoPro Hero 13 Black adlanacaq. Gözləntilərə əsasən GoPro Hero 13 Black özündə 27 MP-lik kamera obyektivini birləşdirəcək. Bunun sayəsində kamera saniyədə 60 kadr sürətlə 5.3K keyfiyyətində və saniyədə 120 kadr sürətlə 4K keyfiyyətində videolar çəkə biləcək.
Bundan əlavə olaraq güman olunur ki, GoPro Hero 13 Black kamerası HyperSmooth 6.0 adlı stabilizasiya sistemini və HDR funksiyasını əldə edəcək. Yeni action kamerada əsas fərqləndirici yenilik daha böyük həcmli batareya olmalıdır. Bəzi məlumatlara əsasən kamera 1900 mAh enerji tutumlu batareyanı əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan GoPro Hero 12 Black modeli 1720 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Şirkətin ikinci yeni kamerasına gəldikdə isə o, GoPro 11 Mini modelinin davamçısı ola bilər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
