
Gövdə ətrafı titan çərçivə Galaxy S24 Ultra-nın çəkisini diqqət çəkəcək dərəcədə azaltmayıb
Cihazlar+
18.01.2024
Emil
Samsung tərəfindən təqdim edilmiş Galaxy S24 smartfon seriyasına daxil olan Galaxy S24 Ultra modelinin əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəyə sahibdir. Daha öncə güman edilirdi ki, bunun sayəsində Galaxy S24 Ultra-nın çəkisi Galaxy S23 Ultra-dan olduqca aşağı olacaq. Lakin nəticədə bu belə olmayıb. Belə ki, məlum olub ki, titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəyə baxmayaraq Galaxy S24 Ultra-nın çəkisi 232 qramm təşkil edir. Yəni smartfon Galaxy S23 Ultra-dan sadəcə 1 qramm daha yüngüldür. Vəziyyətin nəyə görə belə olduğu tam aydın deyil. Ola bilsin ki, səbəb smartfon daxilində istifadə edilən yeni soyutma sisteminin daha böyük sahəni əhatə etməsindədir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
