main-post-cover

    Gövdəsi əsl tirannozavr dişinin fraqmenti ilə bəzədilmiş iPhone 13 Pro təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.11.2021
    Emil Nəcəfov
        Rusiyanın Caviar adlı premium brendi iPhone 13 Pro-nun 3 yeni versiyasını təqdim edib. Tera adını əldə etmiş bu kolleksiyanın əsas özəlliyi ondan ibarətdir ki, ona daxil olan iPhone 13 Pro modellərindən birinin gövdəsində əsl tirannozavr dişinin kiçik fraqmenti mövcuddur. Təqdim edilmiş xüsusi iPhone 13 Pro modellərinin hamısı 1 TB daxili yaddaş ilə təchiz olunub. Beləliklə kolleksiyaya daxil olan birinci iPhone 13 Pro modeli Tyrannophone adlanır. Onun gövdəsi 80 milyon yaşa sahib tirannozavrın dişinin kiçik fraqmenti ilə bəzədilib.
        Cəmi 7 ədəd Tyrannophone istehsal edilib. Bu modelin arxa panelində həmçinin qədim yırtıcının baş hissəsinin geniş təsviri həkk olunub. Təsvirdəki tirannozavrın gözü isə kəhrəbadan hazırlanıb. Sözügedən modelin gövdəsi qızılı əlavələr ilə bəzədilib və onlar ildırım dizaynında reallaşdırılıblar. iPhone 13 Pro Tyrannophone-nun qiyməti 529.000 rubl (hazırki məzənnə ilə 12.696 azn) təşkil edir. Teradiamond adlı model yeni kolleksiyanın ən bahalı modelidir. Belə ki, onun gövdəsində 1028 ədəd brilyant 128 ədəd yaqut mövcuddur. Bu modelin arxa paneli bərk titan materialdan hazırlanıb və həmin material 18 karatlıq qızıl örtükdən ibarətdir.
        Cəmi 18 ədəd Teradiamond modeli istehsal edilib. iPhone 13 Pro Teradiamond modelinin qiyməti 3.170.000 rubl (hazırki məzənnə ilə 76.080 azn) təşkil edir. Kolleksiyanın üçüncü modeli Monsterphone adını əldə edib. Sözügedən modelin gövdəsi bərk titan materialdan hazırlanıb və PVD örtük ilə əhatə edilib. Arxa paneldə caynaqlara bənzəyən qırmızı rəngdə təsvir əks olunub. Bununla yanaşı arxa panel yüksək səviyyədə dözümlülüyə sahib material əldə edib. Bu modeldən 99 ədəd istehsal edilib. iPhone 13 Pro Monsterphone modelinin qiyməti 474.000 rubl (hazırki məzənnə ilə 11.376 azn) təşkil edir.
    Linki kopyala