GSMA təşkilatı gələn ilki MWC sərgisinin keçirilmə tarixini təyin edib

GSMA təşkilatı gələn ilki MWC sərgisinin keçirilmə tarixini təyin edib

Mobil Cihazlar
24.09.2020 PAYLAŞIM

    Mobil cihazlar sahəsinin ən böyük sərgilərindən biri olan MWC (Mobile World Congress) adətən hər ilin birinci rübündə baş tutur. Lakin gələn il bu vəziyyət dəyişəcək. Qeyd etmək lazımdır ki, bu il sözügedən sərgi koronavirus pandemiyası səbəbilə umumiyyətlə keçirilmədi. Operatorların beynəlxalq assosiasiyası olan GSM (GSMA) 2021-ci il üçün MWC sərgisinin keçirilmə tarixini açıqlayıb.

    Bu barədə Gizmochina saytı xəbər verib. Adətən iyun ayında keçirilən MWC Asia sərgisi gələn il 23-25 fevral tarixlərində keçiriləcək. İlk öncə gələn ilin mart ayının ilk həftəsində keçirilməsi planlaşdırılan MWC Barcelona isə 28 iyun tarixində başlayacaq və 1 iyul tarixində bitəcək. GSMA təmsilçiləri bildiriblər ki, Barselona-da keçiriləcək sərginin mart ayından iyun ayına keçirilməsi qərarı bu sərgidə maraqlı olan bütün təmsilçilər ilə birlikdə verilib.


    “Sərgi iştirakçılarının, ziyarətçilərin, personalın və Barselona sakinlərinin səhhətləri ilə təhlükəsizlikləri hər şeydən üstündür” - deyə GSMA direktoru qeyd edib. MWC Los Angeles-ə gəldikdə isə onun keçirilmə tarixində bir dəyişiklik yoxdur. Beləliklə MWC Los Angeles sərgisi əvvəlcədən də planlaşdırıldığı kimi 28-30 oktyabr tarixlərində keçiriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...

×