GTA VI-nı bitirmək 80 saatdan çox vaxt apara bilər
“Grand Theft Auto VI”nın əsas hekayəsini və bəzi əlavə tapşırıqları tamamlamaq üçün 80 saatdan çox vaxt lazım ola bilər. The New York Times-ın jurnalisti Christopher Byrd ilə danışan Rockstar North-un həmsədri Rob Nelson bildirib ki, onun GTA VI-da oyun müddəti təxminən 80 saat təşkil edib. Bu müddətə əsas hekayə ilə yanaşı, bəzi əlavə məqsəd və tapşırıqlar da daxil olub.
Müqayisə üçün, “How Long to Beat” platformasının statistikasına əsasən, GTA V-in əsas hekayəsini bəzi əlavə tapşırıqlarla birlikdə bitirmək orta hesabla 51,5 saat çəkir. Oyunu 100 faiz tamamlamaq istəyənlər isə orta hesabla 89,5 saat vaxt sərf edirlər. Buna görə də GTA VI-nı bütün əlavə fəaliyyətləri ilə tamamlamaq istəyən oyunçular üçün ümumi oyun müddətinin 80 saatı xeyli keçə biləcəyi ehtimal olunur. Rockstar Games eyni zamanda GTA VI üçün təxminən 27 dəqiqəlik genişləndirilmiş təqdimat videosunu da YouTube-da yayımlayıb. Daha əvvəl Netflix-də nümayiş olunan videoda oyunun hadisələrinin baş verdiyi Leonida ştatı, əsas qəhrəmanlar Jason və Lucia, eləcə də oyun dünyasında yer alacaq müxtəlif fəaliyyətlər göstərilir.
“Grand Theft Auto VI” noyabrın 19-da satışa çıxacaq və qiyməti 80 dollar olacaq. Oyunun buraxılışı yaxınlaşdıqca GTA VI adı ilə yayılan saxta faylların sayı da artıb. Hazırda internetdə GTA VI-nın “demo” versiyası kimi təqdim edilən zərərli proqramların yayıldığı bildirilir. Bu fayllar istifadəçilərin brauzerlərində saxlanılan parolları və digər məlumatları oğurlaya bilər. Buna görə oyunun rəsmi buraxılışından əvvəl qeyri-rəsmi saytlardan GTA VI adı ilə təqdim olunan faylları yükləməmək tövsiyə olunur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...