GTA VI üçün ön sifarişlər başladı
Uzun müddətdir gözlənilən Grand Theft Auto VI (GTA VI) oyununun ön sifarişləri rəsmi olaraq başlayıb. Oyunun yaradıcısı Rockstar Games bildirib ki, GTA VI 19 noyabr 2026-cı il tarixində PlayStation 5 və Xbox Series X / Xbox Series S konsolları üçün satışa çıxacaq. Şirkətin açıqlamasına görə, oyun yalnız rəqəmsal formatda təqdim ediləcək. Fiziki qutular satışa çıxarılsa da, onların içərisində disk deyil, oyunun yüklənməsi üçün xüsusi kod yerləşdiriləcək. İstifadəçilər isə oyunu 12 noyabr 2026-cı ildən etibarən əvvəlcədən yükləyə (preload) biləcəklər.
GTA VI iki fərqli versiyada satışa təqdim olunur:
- Standard Edition – 79,99 ABŞ dolları
- Ultimate Edition – 99,99 ABŞ dolları
Hər iki versiyanı öncədən sifariş edən istifadəçilərə oyunun çıxış günü Vintage Vice City Pack hədiyyə ediləcək. Paketə klassik Vice City atmosferini xatırladan avtomobillər, silah dizaynları və müxtəlif saç stilləri daxildir. Bundan əlavə, oyunu rəqəmsal olaraq ön sifariş edənlərə bir aylıq pulsuz GTA Plus abunəliyi də təqdim olunacaq. Normalda aylıq qiyməti 7,99 dollar olan bu xidmət istifadəçilərə əlavə oyun üstünlükləri və bəzi klassik Rockstar oyunlarına giriş imkanı verir.
Ultimate Edition isə standart versiyadan fərqli olaraq eksklüziv məzmunlarla gəlir. Buraya xüsusi avtomobillər, silah variantları, geyimlər, fərdiləşdirmə imkanları, qarajlar, tatu salonları və müxtəlif mağazalara giriş daxildir. Bu versiya yalnız rəqəmsal formada satılacaq. Maraqlıdır ki, bu dəfə mağazalara görə fərqli ön sifariş bonusları təqdim edilmir. Yəni oyunçular istədikləri platforma və ya mağazadan sifariş verərək eyni bonuslardan yararlana biləcəklər.
Paylaş