
Gündəlik işlər üçün nəzərdə tutulmuş büdcəli REDMI A27 2026 monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi gündəlik işlər üçün nəzərdə tutulmuş yeni büdcəli monitorunu təqdim edib. Yeni monitor REDMI A27 2026 adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 6 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort girişlərini birləşdirir. REDMI A27 2026 yaxın zamanda 90$ qiymətində Çində satışa çıxacaq. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş