main-post-cover

    Hansı Galaxy S24 modeli Exynos 2400 prosessorunu əldə edəcək?

    Cihazlar+
    08.01.2024
    Emil Nəcəfov
         Samsung şirkəti 17 yanvar tarixində Galaxy S24 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya Galaxy S24, S24+S24 Ultra modelləri daxil olacaqlar. Son zamanlarda bu smartfonların hansı prosessorları əldə edəcəkləri barəsində çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə insayderlər bildiriblər ki, Samsung şirkəti bu il Galaxy S24 seriyasında müxtəlif prosessorların istifadəsi praktikasını yenidən işə salacaq. Məlumata əsasən seriyanın yalnız Galaxy S24 modeli Exynos 2400 prosessorunu əldə edəcək. Galaxy S24+ və Galaxy S24 Ultra modellərinə gəldikdə isə onlar Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz olunacaqlar. Lakin bunun bütün regionlarda belə olub-olmayacağı hələ bilinmir. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Galaxy S23 modellərinin hamısı Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy A23 LTE üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-galaxy-a23-lte-ucun-istifadeye-verilib
    Yeni Samsung Galaxy smartfonları telefon danışıqlarını tərcümə edə biləcəklər
    yeni-samsung-galaxy-smartfonlari-telefon-danisiqlarini-tercume-ede-bilecekler
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy A52 LTE üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-galaxy-a52-lte-ucun-istifadeye-verilib
    Samsung Galaxy S24-ün təqdimatı rəsmi şəkildə anons edilib (VİDEO)
    samsung-galaxy-s24-un-teqdimati-resmi-sekilde-anons-edilib-video
    Samsung Galaxy A55-in render fotoları təqdim edilib
    samsung-galaxy-a55-in-render-fotolari-teqdim-edilib