Hansı iPhone 12 modelləri 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar ilə təchiz olunacaqlar?

Hansı iPhone 12 modelləri 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar ilə təchiz olunacaqlar?

Mobil Cihazlar
18.06.2020 PAYLAŞIM

    Display Supply Chain Consultants şirkətinin CEO-su Ross Young bu il yüksək tezlikli təsvir yenilənməsinə sahib ekranları əldə edəcək smartfonların siyahısını təqdim edib. Siyahıda olan smartfonların çox hissəsi artıq satışa çıxmış modellərdir. Lakin siyahıda hələ satışa çıxmamış bəzi modellər də mövcuddur. Məsələn siyahıda Huawei Mate 40 seriyası və iki yeni iPhone modeli var.

    Söhbət, iPhone 12 Pro12 Pro Max modellərindən gedir. Beləliklə məlumata əsasən məhz bu iki iPhone 12 modelinin ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Çox güman ki, digər iki iPhone 12 modeli isə 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar ilə təchiz olunacaqlar. Son məlumat sızıntılarına əsasən Apple şirkəti bu il dörd iPhone modeli təqdim edəcək.


    Onlar 5.4 düym, 6.1 düym və 6.8 düym ekranlara sahib olacaqlar. Təqdim olunacaq iPhone modellərindən ikisi eyni ekran ölçüsünə (6.1 düym) sahib olacaq. Bununla yanaşı adi iPhone 12 modelləri ikili arxa kamera, iPhone 12 Pro modelləri isə üçlü arxa kamera və LiDAR skaneri ilə təchiz olunmalıdırlar. iPhone 12 seriyası bu ilin payız fəslində təqdim olunmalıdır. Lakin koronavirus pandemiyası səbəbilə Apple şirkəti smartfonları sentyabr ayında deyil bir qədər gec təqdim edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunu..

Google şirkəti rəsmi şəkildə Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib.


OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu t..

Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı y..


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..

×