Logo
    main-post-cover

    Hansı iPhone 15 modelləri A17 Bionic prosessorunu əldə edəcəklər?

    Cihazlar+
    10.08.2023
    Emil
        Apple şirkətinin tvOS 17 əməliyyat sisteminin beta versiyalarını analiz edən zaman insayderlər gələn ay təqdim olunacaq iPhone modellərinin adlarını aşkar ediblər. Apple daha sonradan əməliyyat sistemi daxilində iPhone-ların adlarını silsə də, insayderlər məsələnin nədən ibarət olduğunu artıq anlayıblar və nəticədə gələn ay təqdim olunacaq hər bir yeni iPhone modelinin hansı prosessor vasitəsilə çalışacağını öyrəniblər.
        Qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş iPhone 14 ProiPhone 14 Pro Max modelləri A16 Bionic prosessoru ilə təchiz olunurlar. Bu smartfonlar şirkət daxilində iPhone 15.2iPhone 15.3 kimi tanınırlar. Adlarda olan 15 prefiksi A16 Bionic prosessoruna sahib iPhone modellərini əks etdirir. TvOS 17 daxilində aşkar edilmiş iPhone 15iPhone 15 Plus modelləri iPhone 15.4 iPhone 15.5 indeksinə sahibdirlər.
        Bu isə o deməkdir ki, onlar iPhone 14 Pro və iPhone 14 Pro Max kimi A16 Bionic prosessoru vasitəsilə çalışacaqlar. Əməliyyat sisteminin daxilində aşkar edilmiş iPhone 15 ProiPhone 15 Pro Max modellərinə gəldikdə isə onlar iPhone 16.1 iPhone 16.2 indeksinə sahibdirlər. Bu isə o deməkdir ki, iPhone 15 Pro və iPhone 15 Pro Max modelləri A17 Bionic prosessorunu əldə edəcəklər. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasının təqdimatı gıələn ayın ortasında baş tutmalıdır.
    Paylaş
    Bənzər xəbərlər