main-post-cover

    HarmonyOS əməliyyat sisteminə sahib ilk Huawei smartfonları nə zaman təqdim olunacaqlar?

    Cihazlar+
    31.08.2020
    Farid Pardashunas
        Özünün HarmonyOS adlı əməliyyat sisteminin ilk versiyasını Huawei şirkəti keçən il təqdim etmişdi. Həmin vaxtda şirkət qeyd etmişdi ki, bu əməliyyat sistemi müxtəlif cihazlar üçün nəzərdə tutulmuş universal əməliyyat sistemidir. Sözügedən əməliyyat sisteminin yeni versiyasının təqdimatına az müddət qalmış Huawei şirkətinin top meneceri HarmonyOS-ə sahib olacaq ilk smartfonların nə zaman təqdim olunacaqları barəsində suallara cavab verib.
        Bu barədə 4pda saytı xəbər verib. Bir neçə müddət bundan öncə keçirilmiş Yabuli Forum adlı sammitdə Huawei şirkətinin istehlakçı biznesinin rəhbəri Yu Chengdong bildirmişdi ki, HarmonyOS-ə sahib Huawei smartfonlarının satışa çıxarılması 2021-ci ilə təxirə salınıb. Bu il HarmonyOS-in ikinci versiyasının istifadəyə verilməsi gözlənilir.
        Onun smart saatlarda, fitnes qolbaqlarda, avtomobillərin kompüter sistemlərində və digər cihazlarda yenilənmə kimi istifadə olunacağı güman edilir. Şirkətin smartfonlarına gəldikdə isə hal hazırda Huawei üçün ən prioritetli əməliyyat sistemi Android-dir. Gözləntilərə əsasən yaxın zamanda tərtibatçılar üçün keçiriləcək tədbirdə şirkət HarmonyOS 2.0 haqqında ətraflı məlumatlar verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər